Son vaxtlar uşaqlarda nevroloji problemlərə tez-tez rast gəlinir. Mütəxəssislərin fikrincə, buna ekoloji pozuntular, ananın hamiləlik dövründə keçirdiyi streslər, düzgün qidalanmamaq, vaxtında lazımi müayinələrdən keçməmək və s. hallar səbəb olur. Nevroloji xəstəliklərin uşaqlar arasında yayılmasının əsas səbəbləri isə doğuş travmaları, hamiləlik toksikozları, müxtəlif tipli erkən infeksion xəstəliklər, qan qohumluğunun olduğu bildirilir. Son illər nevroloji xəstəliklərdən ölüm halları digər xəstəliklərdən ölüm hadisələri ilə müqayisədə irəliləməkdədir.
Uşaqlıqda baş verən nevroloji pozulmalar inkişafın ləngiməsi və normal funksionallığın pozulması ilə nəticələnə bilər. Buna görə erkən aşkarlanma və diaqnoz səbəbin müəyyən edilməsi, müalicənin həyata keçirilməsinin şansını artırır. Həmçinin gələcəkdə ağırlaşmaların baş vermə ehtimalını məhdudlaşdırır.
Uşaqlarda nevroloji xəstəliklərin ilkin əlamətləri bunlardı:
-Daimi yorğunluq hissi
-Gərginlik və əsəbililik
-Baş ağrıları və başgicəllənməsi
-Səbəbsiz hərarət
-Bulanıq görüntü,
-Tarazlıq və ya koordinasiyanın pozulması
-Hərəkətlərdə məhdudiyyət
-Qəfil titrəmə
-Qıcolmalar
-Nitq ləngiməsi
-Digər insanlarla göz kontaktının olmaması
Əgər siz də öz övladınızda bu şikayətlərdən hər-hansısa birini və ya bir neçəsini hiss edirsinizsə o zaman mütləq Uşaq nevroloquna müraciət etməlisiniz. 13,14,15 fevral tarixlərində Sankt Peteburqun dünyaca məşhur «Институт мозга человека им. Н.П.Бехтеревой» -dan dəvətli Uşaq Nevroloqu T.E.N Dr. İrina İvaşenko qəbuluna yazıla bilərsiniz.
Qeydiyyat üçün: https://bit.ly/3TKxB0C
Referans Poliklinik Nəsimi filialı: Nəsimi ray., M.Mirqasımov küç. 25A
Çağrı Mərkəzi: *0033
Whatsapp dəstək nömrəsi: +994 70 653 00 33
- Rəylər
Загрузка комментариев...