Uşaqların psixomotor inkişafının yaşına uyğun olub olmamasını dəyərləndirmək üçün müəyyən yaş dövrlərində heç bir nevroloji şikayəti olmasa belə nevroloq baxışı vacibdir.
Bu yaş dövrləri heç bir şikayəti olmayan uşaqlarda inkişafın 2-ci, 8-ci və 18-ci ayıdır. Əgər körpə yarımçıq doğulmuşdursa, bətndaxili və ya doğuş zamanı sinir sisteminin zədələnməsi varsa, mümkün olduğu qədər ən qısa zamanda nevroloq baxışı vacibdir. Evdə valideynlər bəzi inkişaf mərhələrini izləməklə hansı hallarda nevroloji inkişafın geri olduğunu analaya bilərlər?
- Səbəbsiz dayanmadan ağlamalar;
- Ağlayan zaman dayanmadan özünü arxaya atması;
- 2-4 ay arası başını sərbəst tutmaması;
- 2 ayından sonra göz kontaktının qurmaması;
- 2 ayından sonra oyuncaqları izləməməsi;
- 9 ayında tam sərbəst oturmaması;
- 8 ayından sonra adına reaksiya verməməsi;
- 6 ayından sonra oyuncaqlara əl uzatmaması;
- 1 yaş dövrünə qədər ya sağ ya sol əlinə üstünlük verməsi;
- 18 ayına qədər sərbəst yeriməməsi;
- 4 ayına qədər müəyyən sait səsləri çıxarmaması;
- 6 ayından sonra iki hərfdən ibarət olan kiçik hecaların səsləndirməməsi;
- 1 yaşında məqsədli şəkildə ana və ya ata deməməsi;
- 2 yaşında 2 sözdən ibarət kiçik cümlələr qurmaması.
Məlumat üçün Referans Poliklinik Nəsimi filialımızın Nevroloqu Dr. Raisə Tahirovaya təşəkkür edirik.
Referans Poliklinik Nəsimi filialı: Nəsimi ray., M.Mirqasımov küç. 25A
Çağrı Mərkəzi: *0033
Whatsapp dəstək nömrəsi: +994 70 653 00 33
Mövzu üzrə həkimlər
Uşaq Nevroloqu
Dr. Raisə Tahirova
- Rəylər
Загрузка комментариев...