Hepatit B infeksiyasının müalicəsi varmı?
Hepatit B xroniki qeyri-aktiv ( el arasında daşıyıcı deyirlər ) va xroniki aktiv formada təzahür edir.
Xroniki qeyri aktiv forma nədir?
Bu zaman virus yükü 2000-dən aşağı olur və çox zaman qaraciyər sınaqları norma daxilində olur. Belə olduğu halda müalicəyə ehtiyac duyulmur, yəni virus aktiv olmadığı üçün müalicəyə başlamırıq.
Əgər virus yükü 2000-dən yuxarıdırsa, iltihab əlamətləri varsa artıq xroniki aktiv xəstə hesab olunur və müalicəyə start veririk.
Müalicə prinsipi ondan ibarətdir ki, qanda virus yükünü sıfıra endiririk və təyin olunan dərman demək olar ki, ömürlük içilməlidir. Çünki tam sağalama çox nadir hallarda müşahidə olunur. Əgər HBsAg sıfırlanıbsa, virusa qarşı immunitet ( Anti HBS ) yaranıbsa xəstə tam sağalmış hesab olunur.
Ətraflı məlumat üçün Referans Poliklinik Bayıl filialımızın Terapevt-Hepatoloqu Dr. Havva Bayramovaya təşəkkür edirik.
Referans Poliklinik Bayıl filialı: Səbail ray., Akademik Ə.Yaqubov küç. 19
Çağrı Mərkəzi: *0033
Whatsapp dəstək nömrəsi: +994 70 653 00 33
Mövzu üzrə həkimlər
Terapevt-Hepatoloq
Dr. Havva Bayramova
- Rəylər
Загрузка комментариев...